İDMAN

Braziliyalı ulduz futbolçu koronavirusa yoluxdu

Onun Paris təmsilçisindəki komanda yoldaşları Anxel Di Maria və Leandro Parades də infeksiyaya yoluxub.
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Fransanın PSG klubunun və Braziliya millisinin futbolçusu Neymarda koronavirus aşkarlanıb. 

"Report" xəbər verir ki, 28 yaşlı hücumçunun COVID-19 testi müsbət nəticələnib. Onun Paris təmsilçisindəki komanda yoldaşları Anxel Di Maria və Leandro Parades də infeksiyaya yoluxub. 

İbiza şəhərindən qayıdan hər üç oyunçu bir həftə karantində qalacaq.