BAKI, 2 sentyabr — Sputnik. Los-Ancelesdə 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarının loqotipi təqdim olunub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yarışların təşkilat komitəsinin saytında məlumat verilib. Emblemdə L və A hərfləri ilə 28 rəqəmi təsvir olunub. Şəhərin müxtəlif hekayələrinin rəmzi olan A hərfinin 26 variantı var və o daim dəyişəcək.
Qeyd olunur ki, loqotipin yaradılması üçün fiqurlu konkisürən Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini bölüşüblər.
Los-Anceles tarixində üçüncü dəfə Olimpiadanı qəbul edəcək. Orada 1932-ci və 1984-cü illərdə Olimpiya Oyunları keçirilib.
2032-ci ildə isə Qətər Olimpiada keçirmək niyyətindədir.
Bu il Yaponiyada, Tokioda keçirilməsi nəzərdə tutulan Olumpiya Oyunları koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınıb.