ELM

Sınaq uçuşu edən avtomobil 4 dəqiqə havada qaldı - VİDEO

2023-cü ildə təqdimatının olacağı gözlənilən, yaponların SD-03 adını verdikləri maşın elektriklə işləyir.
Sputnik

BAKI, 30 avqust — Sputnik. Yaponiyada ilk sınaq uçuşunu edən avtomobil 4 dəqiqə havada qalıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yerdən 1-2 metr aralanan avtomobil 4 dəqiqə havada qala bilib. Avtomobilin 10 dəqiqə də havada qala biləcəyi deyilir.

Qeyd edək ki, 2023-cü ildə təqdimatının olacağı gözlənilən SD-03 adı verilən uçan avtomobil elektriklə çalışır.