Nəhəng çərpələng uşağı göyə uçurdu - VİDEO

Festival iştirakçıları çərpələngi tutmağa çalışıblar. Çərpələng yerə çırpılan anda uşağı xilas etmək mümkün olub
Sputnik

BAKI, 30 avqust — Sputnik. Tayvanda, Sincu şəhərində çərpələng yarışında maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, üç yaşlı qız nəhəng narıncı çərpələngin uzun şleyfinə dolaşıb. Qəfil əldən çıxan çərpələng uşağı da özü ilə göyün üzünə çəkib. Uşaq bir neçə metr hündürlükdə çərpələngdən asılı qalaraq küləyin təsirindən fırlanmağa  başlayıb.

​Festival iştirakçıları çərpələngi tutmağa çalışıblar. Çərpələng yerə çırpılan anda uşağı xilas etmək mümkün olub. O, xəsarət almayıb.

2019-cu ildə güclü külək Türkiyədə, Osmaniyə vilayətində küçədə quraşdırılmış bir çətiri aparmışdı. Həmin vaxt ondan yapışan kişi də təxminən 3-4 metr yüksəklikdə “uçmuşdu”.