BAKI, 28 avqust — Sputnik. UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" və Finlandiyanın "İlves Tampere" komandaları arasında baş tutmuş oyunda 26 penalti vurulub.
Sputnik Azərbaycan "The Irish Sun" qəzetinə istinadən xəbər verir ki, oyunun əsas və əlavə vaxtları 2:2 hesablı bərabərliklə yekunlaşıb və buna görə komandalar qalibi penaltilər seriyasında müəyyənləşdirməli olublar.
İlk beş zərbədən sonra "Şemrok Rovers" və "İlves Tampere" hərəsi bir penaltini boşa verib və seriya uzanıb.
13-cü cəhddə "İlves Tampere"nin oyunçusu Emeli Rayttinen uğursuz olub. Belə ki, "Şemrok Rovers"in qolkiperi Alan Mannus onun zərbəsini qaytararaq komandasına qələbə gətirib.
Nəticədə İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, ardıcıl olaraq vurulmuş penaltilərin sayı üzrə hazırkı dünya rekordu 29-dur. Bu göstərici Hempşir Kubokunun ikinci raundunda "Brokenhörst" və "Andover Taun" klubları arasında 2013-cü il oktyabrın 9-da baş tutmuş matçda qeydə alınıb. Həmin seriyada qapıçının 30-cu penaltini tutması ilə "Brokenhörst" 15-14 hesablı qələbəyə nail olub.