Azərbaycanın “Neftçi” klubu avrokubokların 2020/21 mövsümünə start verib.
Premyer Liqanın vitse-çempionu son illərdə olduğu kimi yenə Avropa Liqasında mübarizəyə qoşulub.
Komanda I təsnifat mərhələsinin yeganə oyununu Bakıda Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirib. İkinci hissədə Buqrenin cərimə meydanından kənardan endirdiyi zərbədən sonra top qapıdan keçib. Görüşün sonlarında isə Anton Krivotsyuk fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində qonaqlar təsəlli qoluna imza atıblar.
“Neftçi” bu qələbə ilə II təsnifat mərhələsinə yüksəlib.
“Neftçi”nin növbəti rəqibləri avqustun 31-də və sentyabrın 1-də bəlli olacaq. Öncə II, ertəsi gün III təsnifat mərhələsinin püşkatması keçiriləcək.