Bu gün Ağdamın "Qarabağ" klubu azarkeşlərinə və bütün Azərbaycana daha bir sevinc yaşatmağı bacarıb.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" klubunu qəbul edib. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində tək sayda olmaqla keçirilən oyunun qalibi "Qarabağ" olub. Koronavirus pandemiyasına görə azarkeşsiz keçirilən matçlar nə qədər qəribə təsir bağışlasa da, çempionumuz adına layiq oyunla rəqibini məğlub edərək avrokubokun növbəti mərhələsinə vəsiqəni təmin edib.
"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq.
Sputnik Azərbaycan isə oxucularına çempionumuza qələbə gətirən oyundan kadrları təqdim edir.