İDMAN

"Sumqayıt"la qarşılaşacaq komandanın oyunçusu koronavirusa yoluxub

"Yarımmüdafiəçinin COVID-19 testləri müsbət nəticə verib. Futbolçu xəstəliyi asimptomatik keçirir, sağlamlığı yaxşıdır və evində təcrid olunub".
Sputnik

BAKI, 26 avqust — Sputnik. "Sumqayıt" klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Şkendiya" oyunçularından birini Azərbaycana gətirməyəcək. Belə ki, klubun yarımmüdafiəçisi Armend Alim koronavirusa yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Şimali Makedoniya klubunun rəsmi saytı məlumat yayıb. 

"Yarımmüdafiəçinin COVID-19 testləri müsbət nəticə verib. Futbolçu xəstəliyi asimptomatik keçirir, sağlamlığı yaxşıdır və evində təcrid olunub", - məlumatda bildirilir.

Bu səbəbdən Armend Alim "Sumqayıt"la matçda "Şkendiya"ya kömək edə bilməyəcək.

Avqustun 27-də "Sumqayıt"ın stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.