MƏDƏNİYYƏT

Antonio Banderas koronavirusdan sağalıb

Antonio Banderas avqustun 10-da sosial şəbəkədəki izləyicilərinə koronavirusa yoluxduğunu bildirmişdi
Sputnik

BAKI, 26 avqust — Sputnik. Dünya şöhrətli ispan aktyoru Antonio Banderas koronavirusdan sağaldığını açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, aktyor bu barədə öz "Twitter" səhifəsində yazıb.

"21 gün karantinə intizamlı riayət etdikdən sonra indi deyə bilərəm ki, bu gün COVID-19 infeksiyasını dəf etdim. Mən sağalıram. Mübarizənin ortasında olanlara da güc diləyirəm", - deyə Banderas yazıb.

​Xatırladaq ki, Antonio Banderas avqustun 10-da koronavirusa yoluxduğunu açıqlamışdı.

Məlumat üçün bildirək ki, Antonio Banderasın böyük ekranda debütü 1982-ci ildə Pedro Almodovarın "Ehtirasların labirinti" filmi olub. Aktyor yüzdən çox filmdə rol alıb.

Bundan əlavə, aktyor Banderas Pedro Almodovarın "Ağrı və şöhrət" filmindəki roluna görə "Kann" kinofestivalında "Ən yaxşı kişi obrazı" mükafatına layiq görülüb. Banderas "Qızıl Qlobus" və "Qoya" mükafatları da daxil olmaqla kinematoqrafiya sahəsində bir çox təltiflərə layiq görülüb.