“Türkiyə qaza olan tələbata görə 99 faiz idxaldan asılıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Ekspert bildirib ki, enerji asılılığına görə il ərzində 40 mlrd dollar vəsait xaricə köçürülür: “Bunun nəticəsi olaraq həm ticarət saldosunda, həm tədiyyə balansında kəsirlər müşahidə edilir. Bu prosesin davamı olaraq ölkənin milli valyutası dəyərsizləşir. Tapılan qaz yatağı enerji tələbatının şaxələndirilməsi üçün müəyyən imkanlar formalaşdırır. Qeyd edim ki, növbəti on ildə Türkiyə iqtisadiyyatının qaza tələbatının 30 faiz artması proqnozlaşdırılırdı. Bu baxımdan Türkiyə qaza olan tələbatını qarşılamaq üçün alternativ istiqamətlərdə addımlar atmalı idi”.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə qaz yatağı kəşf edildiyini açıqlayıb. “Fatih” qazma gəmisi tərəfindən “Tuna 1” yatağında aparılan kəşfiyyat işləri nəticəsində yataqda 320 milyard kubmetr həcmində qaz ehtiyatlarının olduğu bildirilir.
Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz