"Təxribat": Belarus hava məkanının Litva tərəfindən pozulduğunu bildirib

"Mi-24" helikopterlərinin ekipajlarının hərəkətləri sayəsində "təxribatın" qarşısını silahdan istifadə etmədən almaq mümkün olub.
Sputnik

BAKI, 24 avqust — Sputnik. Litva Belarusun hava məkanını pozmağa çalışıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Belarus Müdafiə Nazirliyi "Telegram" kanalında yayıb.

Avqustun 23-ü axşam saatlarında Belarus silahlı qüvvələri Oşmyan rayonunun Volkovşina yaşayış məntəqəsi yaxınlığında "təxribatın" qarşısını alıblar: həmsərhəd ərazidən səkkiz hava şarından ibarət zond vasitəsilə antidövlət simvolikası havaya buraxılıb.

Nazirlikdə deyiblər ki, "Mi-24" helikopterlərinin ekipajlarının hərəkətləri sayəsində hava şarlarının qarşısını silahdan istifadə etmədən almaq mümkün olub.

Hadisə barədə məlumat "Litva tərəfinə nota hazırlanması üçün" Xarici İşlər Nazirliyinə göndərilib.