BAKI, 22 avqust — Sputnik. Şikayətlər operativ surətdə dövlət qurumlarına göndəriləcək. "ASAN Xidmət"in sədr müavini Ceyhun Salmanov bildirib ki, bu sistemin tətbiqi ikitərəfli nəzarət sistemini qurmağa imkan verir və problemlər öz həllini qısa müddətdə, real vaxt rejimində tapacaq.
Ceyhun Salmanov qeyd edib ki, vətəndaşlar səs, video şəklində problemlərini sistemə göndərə bilər: "Sistem aidiyyatı strukturlara bunu yönləndirəcək. Aidiyyati strukturlar problemləri hesabat formasında, yəni hansı problemlərin olduğunu, hansı ərazilərdə problemlərin daha çox olduğunu, hansı problemin təkrar olduğunu görə biləcəklər".