FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: Uhanda ziyafət, meşə yanğınları və gözəllik müsabiqəsi

Sputnik

ABŞ-ın qərbindəki Ölüm Vadisində temperatur rekordu qeydə alınlıb: burada 54.4 dərəcə Selsi isti olub.  

Kaliforniyada isə meşə yanğınları tüğyan edir. Çərşənbə günü ştatda fövqəladə situasiya elan edilib. 300-dən çox yanğın ocağı qeyd olunan 15 min hektar ərazidə baş verən fəlakət zamanı altı nəfər həlak olub, 43 sakin xəsarət alıb, 500-dək ev dağılıb.  

Belarusda prezident seçkisindən sonra etiraz aksiyaları səngimir. Nəticəylə razılaşmayanlar, demək olar ki, hər gün küçələrə çıxaraq mitinq keçirir, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşurlar.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 28
Ölüm Vadisi, ABŞ
2 / 28
Vakavildə 80 saylı avtomagistralın kənarındakı meşə yanğınları, Kaliforniya ştatı, ABŞ
3 / 28
Banqladeşdə qayıq bazarına üstdən görünüş
4 / 28
Pərəstişkarları Viktor Tsoyun Arbatdakı divarının önündə
5 / 28
İndoneziyada koronavirusun təhlükəsi barədə xəbərdarlıq nişanı - tabutla maneken
6 / 28
Fələstinli balıqçı toru təmizləyir
7 / 28
Buenos-Ayresdə Uşaqlar Günündə Pikaçu kostyumu geyinmiş könüllü uşağı qucaqlayır
8 / 28
Miss Buffalo Chip Beauty Pageant gözəllik müsabiqəsinin iştirakçıları
9 / 28
Minskdə "Puşkin" metro stansiyasının yaxınlığında etiraz aksiyasının iştirakçıları
10 / 28
Murmanskın Tri Ruçya qəsəbəsində, sahil yaxınlığında yanğın nəticəsində batmış "Sayda" gəmisindən axan neft məhsullarının təmizlənməsi
11 / 28
Krasnodar diyarında fermer təsərrüfatında qovun-qarpız yığımı, Rusiya
12 / 28
Krasnoyarskda flora və fauna parkında Buran ləqəbli erkək Sibir vaşağı
13 / 28
İraqda hökumət əleyhinə etirazlar
14 / 28
San-Tropedə bağlı Le Cafe Senequier kafesinin yaxınlığında maska taxmış qız, Fransa
15 / 28
İnsanlar günəşlənirlər
16 / 28
Londonda tələbələrin etiraz aksiyası
17 / 28
Wuhan Maya Beach Parkda ziyafət, Uhan, Çin
18 / 28
Aktiv Sinabunq vulkanının yanında adamlar paltar yuyurlar, İndoneziya
19 / 28
Krasnoyarskın flora və fauna parkında Quyruq ləqəbli erkək zebra, Rusiya
20 / 28
Moskvada kino çəkilişləri formatında dəbli uşaq geyimlərinin nümayişi
21 / 28
Beyrut limanında partlayışın nəticələri
22 / 28
Balıqçılar qürub vaxtı ovdan sonra toru təmizləyirlər, Band-Açex, Sumatra. İndoneziya
23 / 28
San-Fransisko körfəzindəki körpünün üzərində ildırım çaxır, Oklend, Kaliforniya, ABŞ
24 / 28
"Ulduz müharibələri" fan klubunun üzvləri xəstəxanadakı pasiyentlərin qohumlarına yemək paylayırlar, Merida, Meksika
25 / 28
Karantindən sonra Rio-de-Janeyrodakı Şəkərli Baş dağının fonunda sevgililər, Braziliya
26 / 28
Fermer Amazoniyadakı qoruqda yanğını söndürür, Braziliya
27 / 28
Heydərabadda qadından yaxma götürürlər, Hindistan
28 / 28
Qran-Kanariya adasının cənub-qərbində üzən platformada qadınlar, İspaniya