BAKI, 21 avqust - Sputnik. Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.
İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar Vinoqradov adına şəhər xəstəxanasına çatdırılıblar.
FHN-dən həmçinin deyiblər ki, dağıntılar altında qadın və uşaq ola bilərlər.
Binanın 3-5-ci mərtəbələrinin bir hissəsi çöküb.
Binadan 60 nəfərdən artıq sakin təxliyə edilib. Bina 1992-ci ildə tikilib, 120 mənzillidir, binada qeydiyyatda 342 nəfər var ki, onlardan 64-ü uşaqdır.