BAKI, 18 avqust — Sputnik. Əfqanıstanın güc strukturları regionda İŞİD terror qruplaşmasının "ali hakimi"ni məhv edib.
Sputnik Azərbaycan "TOLO News" telekanalına istinadən xəbər verir ki, Abdulla Orakzay adlı terrorçu İŞİD-in Xorasandakı bölməsinin başçısı olub.
Məhv edilmiş terrorçu "dinc sakinlərin başının kəsilməsi və yaraqlılarla zorakı nikahları" nəzərdə tutan "fərmanların" verilməsində iştirak edib.
Abdulla Orakzay avqustun 2-də Nanqarhar vilayətində həbsxanaya hücumun icraçısı olub.
Avqustun əvvəlində Nanqarhardakı həbsxanaya hücum nəticəsində 29 nəfər həlak olub, 50 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD yaraqlıları üzərlərinə götürüblər.