BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.
Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.