Berlində ticarət mərkəzinə hücum – yaralılar var

“Kroytsberq rayonunda xeyli xəsarət alan var. Biz Hermannplatsdakı Hazelhayde ticarət mərkəzindəyik”
Sputnik

BAKI, 31 iyul — Sputnik. Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Almaniya xilasetmə xidməti özünün Twitter esabından məlumat yayıb.

“Kroytsberq rayonunda xeyli xəsarət alan var. Biz Hermannplatsdakı Hazelhayde ticarət mərkəzindəyik”, - məlumatda deyilir.

​Polis “Hermannplats” və "Karl Marks Ştrasse" metro stansiyalarına giriş-çıxışı bağlayıb. Məlumata görə, hücum edənlərin niyyəti mərkəzdən oğurluq etmək olub və bu məqsədlə onlar gözyaşardıcı qazdan da istifadə ediblər.