BAKI, 30 iyul — Sputnik. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard ABŞ dolları təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb.
O bildirib ki, bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq, qurumun inflyasiya proqnozu dəyişməyib.