İQTİSADİYYAT

Hələ çox gözləyəcəyik – Nüfuzlu agentlik neftlə bağlı proqnoz verdi

“Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən 3 dollaradək ucuz satılacaq.
Sputnik

BAKI, 29 iyul — Sputnik. “Brent” markalı neftin qiyməti gələn ilədək 45 ABŞ dolları ətrafında, 2022-ci ildə 53dollar, sonrakı dövrdə isə 55 dollar səviyyəsində olacaq.

Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır

Sputnik Azərbaycan xəbər verir ki, “Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən 3 dollaradək ucuz satılacaq.

Neftin bahalaşmasının isə daha çox OPEC+ çərçivəsində hasilatın ixtisarı nəticəsində baş verəcəyi qeyd olunur.

“Bizim gümanımıza görə OPEC+ hasilatın böyük qalığına, yaxud kəsirinə yol verməmək üçün 2020-ci ilin aprel ayında əldə edilmiş və iki ilə nəzərdə tutulan razılaşmanı vaxtaşırı dəyişdirəcək. Bu da neft qiymətlərinin tədricən əvvəlki səviyyəyə qayıdacağına dair gözləntilərimizə uyğundur”, – sənəddə deyilir.