Koronavirus xəstələrinə bikini ilə qulluq edən tibb bacısı yenə gündəmdə

Rusiyada koronavirus xəstələrinə bikini ilə qulluq edən Nadya Jukova özünə yeni sənət seçib.Rusiyada koronavirus xəstələrinə bikini ilə qulluq edən Nadya Jukova özünə yeni sənət seçib.
Sputnik

BAKI, 25 iyul — Sputnik. Rusiyada koronavirus xəstələrinə bikini ilə qulluq edən Nadya Jukova özünə yeni sənət seçib.

Sputnik Azərbaycan xarici mətbuta istinadla xəbər verir ki hadisəsən sonra bir idman firmasının reklam üzü olan Nadya Jukovaya yerli telekanalların birində hava  proqramı aparıcısı olmaq təklif edilib. 

Tula şəhərində yaşayan Jukovanın bikini üzərindən şəffaf  geyim geyinərək xəstələrə qulluq etməsi gündəm olmuşdu.

Xüsusi qoruyucu geyim geyinmədiyi üçün həm xəstələrin, həm də öz həyatını təhlükəyə atan şəfqət bacısına  xəbərdarlıq cəzası da verilmişdi.

O çətin şəraitdə işlədiklərini və xüsusi qoruyucu geyimdən bezdiyi üçün bu addımı atdığını bildirmişdi.

23 yaşlı Jukovaya haqq qazandıranlar da olmuşdu.