BAKI, 24 iyul — Sputnik. Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
"Bu zaman biz epidemioloji vəziyyət, xəstəlik göstəriciləri və qarşılıqlı əlaqə prinsiplərini nəzərə almışıq", - deyə Mişustin qeyd edib.
Rusiyadan xaricə Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan getmək mümkün olacaq.
Baş nazirin müavini Tatyana Qolikova izah edib ki, hələlik söhbət – Böyük Britaniya, Türkiyə və Tanzaniyadan gedir. Daha sonra siyahı genişləndiriləcək.