RUSİYA

Putin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti dəyərləndirib

Bizim bəzi MDB ölkələri ilə münasibətlərimiz olduqca önəmlidir", - deyə Rusiya prezidenti Vladimir Putin qeyd edib
Sputnik

BAKI, 24 iyul — Sputnik. Ermənistan və Azərbaycan sərhədində vəziyyət Rusiya Federasiyası üçün olduqca həssasdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Rusiya patriarxı Azərbaycan və Ermənistana müraciət etdi

"Bizim bəzi MDB ölkələri ilə münasibətlərimiz olduqca önəmlidir", - deyə Putin qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan və Ermənistan sərhədində vəziyyəti müzakirə edib.

"Azərbaycan və Ermənistan daxil olmaqla Rusiyanın MDB ölkələri ilə münasibətləri də müzakirə olunub", - deyə Peskov qeyd edib.

Görüşdə Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, parlamentin hər iki palatasının spikerləri - Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, digər rəsmilər iştirak ediblər.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib.