FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İdmançı qəhrəmanlar: SSRİ respublikalarından olan Olimpiada-80-nin qalibləri

Sputnik

Moskvada 1980-ci ildə keçirilmiş XXII Yay Olimpiya oyunları Şərqi Avropada, sosialist ölkəsində keçirilmiş ilk oyunlar olub. Sovet heyətinə 514 nəfər daxil idi. Onların arasında SSRİ-nin bütün respublikalarından olan idmançılar var idi.

Moskva Olimpiadasında ümumi qələbəyə öz töhfələrini Azərbaycandan olan beş idmançı da verib. Onların qazandığı 5 medal arasında qızıl da var. Azərbaycan SSR-i təmsil edən Larisa Savkina həndbol yığmasının tərkibində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümumilikdə SSRİ idmançıları 195 medal qazanıblar. Onlardan 80-i qızıl, 69-u gümüş, 46-sı isə bürünc olub. Sovet idmançıları 1980-ci il oyunlarında olan bütün idman növlərində qalib gəliblər.

1 / 17
Sovet gimnastı Nelli Kim XXII Olimpiya Oyunları zamanı idman gimnastikası üzrə yarışlarda.
2 / 17
Avarçəkmə üzrə SSRİ əməkdar idman ustası Vladimir Parfenoviç.
3 / 17
200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında olimpiya çempionu Sergey Koplyakov.
4 / 17
Moskvada keçirilən XXII Olimpiya Oyunlarının mükafatçıları.
5 / 17
Moskvada keçirilən XXII Olimpiya Oyunlarının qızıl mükafatçıları.
6 / 17
Həndbol üzrə qadınlardan ibarət SSRİ-i yığması qızıl medalları alarkən.
7 / 17
Larisa Savkina.
8 / 17
Moskvada keçirilən XXII Olimpiya Oyunları. "Olimpiyski" üzgüçülük hovuzu. Olimpiya çempionu Lina Kaçyuşite 200 metr məsafəyə yeni rekord müəyyənləşdirib - 2 dəqiqə 29,54 saniyə.
9 / 17
Sovet atleti Viktor Mazin Moskvada XXII Olimpiya Oyunları zamanı ağır atletika yarışında.
10 / 17
Olimpiya çempionu Daynis Kula.
11 / 17
Qadınlar arasında uzunluğa tullanmada olimpiya çempionu Tatyana Kolpakova
12 / 17
Sovet idmançısı Ketevan Losaberidze və onun məşqçisi Ş.Djaşiaşvili XXII Olimpiya Oyunları zamanı kamandan ox atma yarışlarında.
13 / 17
Olimpiya çempionu Yuriy Kovşov.
14 / 17
Müasir beşnövçülük üzrə olimpiya çempionu tacikistanlı idmançı Anatoli Starostin (mərkəzdə). Solda - gümüş mükafatçı Tamaş Jombateli (Macarıstan), sağda bürünc mükafatçı Pavel Lednev (SSRİ).
15 / 17
200 metr məsafəyə üzgüçülük üzrə SSRİ yığmasının üzvü İvar Stukolkin.
16 / 17
Akademik avarçəkmə üzrə SSRİ çempionu Larisa Popova.
17 / 17
XXII Olimpiya Oyunlarının rəsmi simvolu “Səkkiz metrlik mişka”.