İDMAN

"Şəhidlər ölməz, vətən bölünməz" - Dünyaca məşhur futbolçudan Azərbaycana dəstək

37 yaşlı veteran futbolçu sosial media hesabında "Şəhidlər ölməz, vətən bölünməz" yazaraq Azərbaycan şəhidlərini anıb
Sputnik

BAKI, 18 iyul — Sputnik. Ermənistan-Azərbaycan arasında davam edən gərginliyin son günlər daha da artması fonunda dünyaca məşhur futbolçu Maykl Essien də ölkəmizlə bağlı paylaşım edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, futbolçu sosial media hesabında "Şəhidlər ölməz, vətən bölünməz" yazaraq Azərbaycan şəhidlərini anıb.

Qeyd edək ki, bir müddət öncə Bakının “Səbail” klubu ilə yollarını ayıran 37 yaşlı veteran futbolçu vaxtilə "Çelsi", "Real Madrid", "Milan", "Lion" kimi klubların da aparıcı oyunçusu olub.