İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb

Bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Alik Manukyan naməlum şəraitdə güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Sputnik

BAKI, 18 iyul — Sputnik.  Ermənistan silahlı bölməsinin əsgəri ölüb. 

Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Alik Manukyan naməlum şəraitdə güllə yarası alıb. 

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.