SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğludan paylaşım: “Can Azərbaycana canımız fəda”

Bundan əvvəl Türkiyə XİN-i bəyanatla çıxış edərək, Ermənistanla münaqişədə bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bildirmişdi.
Sputnik

BAKI, 13 iyul – Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, XİN rəhbəri “Twitter”dəki hesabında Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirildiyi videoçarx paylaşıb.

Mövlud Çavuşoğlu paylaşımda “Can Azərbaycana canımız fəda”, - deyə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə XİN-i bəyanatla çıxış edərək, Ermənistanla münaqişədə bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bildirmişdi.