CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tək gəlmir: de Byazi köməkçilərini də gətirəcək

De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq
Sputnik

BAKI, 11 iyul – Sputnik. Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.