CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub

Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarından bir nəfərdə yoluxma halı müəyyən edilib və dərhal karantinə alınıb.
Sputnik

 

BAKI, 10 iyul — Sputnik. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yolxuma halları müşahidə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəndə 11 məhkum, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum, 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda testin nəticələri müsbət çıxıb.

Hikmət Hacıyev eyni zamanda bildirib ki Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarından bir nəfərdə yoluxma halı müəyyən edilib və dərhal karantinə alınıb: "Onun Azərbaycana gətirilməsi təmin olunub".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın səfirliklərinin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb: "Bundan əlavə, onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir".