İnsanlar ölür, onu isə dayandırmaq mümkün deyil

Yoluxma sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 996 min 098 nəfərə çatıb.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 829 602-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Yelena Malışeva ölüm səbəblərinin siyahısını göstərdi: koronavirus sondadır

Məlumata əsasən, virusa yoluxmuş 544 163 nəfər vəfat edib, 6 447 656 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 996 min 098 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 693 215 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.