Ermənistanda koronavirusa yoluxanların sayı 29 minə yaxınlaşır

Ümumilikdə bu virusdan ölənlərin sayı 491-ə çatıb.Ümumilikdə bu virusdan ölənlərin sayı 491-ə çatıb.Ümumilikdə bu virusdan ölənlərin sayı 491-ə çatıb.
Sputnik

BAKI, 6 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 28936-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

AZTV-nin iki məşhur şərhçisi də koronavirusa yoluxdu

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 330 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 491-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16302 olub. Hazırda bu ölkədə olan 11984 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 953-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,4 milyonu keçib, 534 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.