İDMAN

Azərbaycanda 22 yaşlı dünya çempionu vəfat edib

Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının 22 yaşlı qalibi Rüfət Gülaliyevin ölümünün səbəbi hələlik məlum deyil. Yalnız qeyd olunur ki, ötən gün onun səhhəti kəskin şəkildə pisləşib.
Sputnik

BAKI, 6 iyul — Sputnik. Bazar günü, iyulun 5-də 22 yaşlı azərbaycanlı idmançı, dünya, Avropa və 2017-ci ilin dördüncü İslam Həmrəyliyi Oyunlarının çempionu Rüfət Gülaliyev Bakıda qəflətən vəfat edib.

Sputnik AzərbaycanTrend agentliyinə istinadən xəbər verir ki, idmançının ölümünün səbəbi hələlik məlum deyil. Yalnız qeyd olunur ki, ötən gün onun səhhəti kəskin şəkildə pisləşib və nəticədə Gülaliyev həyatının 22-ci ilində dünyasını dəyişib.

Gülaliyev əslən Azərbaycanın Laçın rayonundan olub və avqustun 8-də ad gününü qeyd etməli idi. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu və zorxana milli idman növü üzrə idman ustası idi.