BAKI, 3 iyul — Sputnik. Fransanın Baş naziri Eduar Filipp istefa ərizəsi yazıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda bildirilir.
Fransa Prezidenti Emmanuel Makron onun ərizəsini qəbul edib.
Məlumatda qeyd olunur ki, yeni hökumət təyin olunana qədər Edaurd Filipp öz mövcud işlərini davam etdirəcək.
Bu ilin iyun ayının sonunda Filipp Havr şəhərinin meri vəzifəsi uğrunda keçirilən seçkilərdə qalib gəlib. Eduar Filipp 2017-ci ilin mayından Fransa Baş naziri idi.