RUSİYA

"Əsassız iddialar". Rusiya NYT nəşrinin yeni məqaləsini dəyərləndirib

Dünən "The New York Times" nəşri dərc etdiyi məqalədə Əfqanıstanda Rusiya ilə Talibanın sövdələşməsinə "vasitəçi" olmuş şəxsin adını açıqlayıb.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi guya Rusiyanın taliblərlə "sövdələşməsi" ilə bağlı sübutların olduğuna dair bəyanatı şərh edib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulovun sözlərinə görə, məqalədə yalnız əsassız ittihamlar səslənib.

Açıq-aşkar feyk: ABŞ kəşfiyyatı Rusiyanın taliblərlə “sözləşmə” xəbərini etibarsız saydı

"Bizə sübutlar lazımdır, amma onlar yoxdur. Bunlar əsassız iddialardır", – Kabulov bildirib.

O, həmçinin qeyd edib ki, məqalədə adıçəkilən narkotik qaçaqmalçısı Rahmat Əzizi barədə heç vaxt eşitməyib. Qəzetin məlumatına görə, guya o, iki tərəfin əsas vasitəçisi olub.

Onun sözlərinə görə, məqaləni oxuyarkən cavablardan daha çox sual yaranır. "Saxtanı da diqqətlə hazırlamaq lazımdır", – Kabulov əlavə edib.

Dünən "The New York Times" nəşri dərc etdiyi məqalədə Əfqanıstanda Rusiya ilə Talibanın sövdələşməsinə "vasitəçi" olmuş şəxsin adını açıqlayıb. Məqalə müəlliflərinin sözlərinə görə, bu, narkotik qaçaqmalçısı Rahmat Əzizidir.

Bundan əvvəl, NYT xüsusi xidmət orqanlarının adı açıqlanmayan nümayəndələrinə istinadən yazdığı məqalədə iddia edib ki, Rusiya hərbi kəşfiyyatı guya Əfqanıstanda amerikalı əsgərlərə hücum üçün taliblərə bağlı yaraqlılara mükafat təklif edib. Məqalədə heç bir sübut təqdim edilməyib. Taliban hərəkatının nümayəndəsi Zabiul Mucahid Amerika nəşrinin bu iddialarını təkzib edib.