HADİSƏ

Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb

Bürsülüm kəndinə gedən dağ yolunda "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.
Sputnik

BAKI, 2 iyul — Sputnik. BAKI, 2 iyul – Sputnik. Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Göygöldə ağır qəza: Ölən və yaralananlar var

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.