Pul pul gətirər: Dünyanın ən varlısı daha da varlanıb

Yeni rekord "Amazon" səhmlərinin qiymətində artım sayəsində mümkün olub – çərşənbə gününün nəticələrinə görə qiymətlər 4.4 faiz artaraq rekord həddə, 2878.7 dollara çatıb.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Dünyanın ən varlı adamı, "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 171,6 milyard dollara çataraq yeni tarixi rekorduna yüksəlib.

Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqində məlumat verilir. 

Beləliklə, "Bloomberg" agentliyinin məlumatına görə, 2018-ci il sentyabrın 4-də əldə edilmiş əvvəlki rekord yenilənib – o zaman Bezosun sərvəti 167,7 milyard dollar təşkil edirdi. 

Agentlik qeyd edir ki, yeni rekord "Amazon" səhmlərinin qiymətində artım sayəsində mümkün olub – çərşənbə gününün nəticələrinə görə qiymətlər 4.4 faiz artaraq rekord həddə, 2878.7 dollara çatıb.

İlin birinci yarısında Bezosun sərvəti 56,7 milyard dollar artıb və agentlik yazır ki, bu vəziyyət "ABŞ-da Böyük Böhrandan bəri ən pis iqtisadi böhran dövründə insanların rifahında böyüyən boşluğu vurğulayır".