RUSİYA

Dərslər sentyabrın birindən başlayacaq - Rusiyada

Sergey Kravtsov bildirib ki, uşaqlar məktəbə gedəcəklər və onlar buna hazırlaşırlar. Təhsil nazirinin sözlərinə görə, məktəblərdə koronavirusla bağlı sərt anti-epidemioloji qorunma tədbirləri həyata keçiriləcək.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Rusiyada tədris ili sentyabrın 1-dən başlayacaq və uşaqlar məktəbə gedəcəklər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib. "Uşaqlar məktəbə gedəcəklər. Biz buna hazırlaşırıq", - deyə o əlavə edib. Təhsil nazirinin sözlərinə görə, məktəblərdə koronavirusla bağlı sərt anti-epidemioloji qorunma tədbirləri həyata keçiriləcək.

Daha əvvəl isə Kravtsov qeyd etmişdi ki, Rusiya vahid dövlət imtahanlarına hazırdır.