Pakistan yenə qana bulandı: Birjaya silahlı hücum, ölənlər və yaralılar var

Kəraçi polisinin baş inspektoru Muştak Mahar bildirib ki, polis birjanın binasına hücum edən bütün terrorçuları – dörd nəfəri zərərsizləşdirib.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Pakistanın Fond Birjasına terrorçuların hücumu zamanı 7 nəfər ölüb. Sputnik Azərbaycan "Geo News"-a istinadən xəbər verir ki, ölənlər arasında polis və mühafizəçilər də var.

Arzuları gözündə qaldı – Terror hazırlayan 13 PKK-çı məhv edildi

"Pakistan Fond Birjasına hücumu dəf edən 4 mühafizəçi və bir polis subinspektoru olub. Xəstəxanalarda olan mənbə bildirib ki, onlara 7 ölü və 2 yaralı gətirilib", - deyə telekanal məlumat yayıb.

Kəraçi polisinin baş inspektoru Muştak Mahar bildirib ki, polis birjanın binasına hücum edən bütün terrorçuları – dörd nəfəri zərərsizləşdirib. Mahar qeyd edib ki, birjaya hücum edən şəxslər adətən polis əməkdaşlarının xidmətdən kənar vaxtda geyindiyi formada olublar.

Avtomobillə binaya yaxın gələn terrorçular onun əsas girişinə qumbara atıb və daha sonra nizamsız formada atəş açıblar. Hücum edən şəxslərin üzərində AK-47, əl qumbaraları və partlayıcı maddələr olub.

Polis terrorçuların gəldiyi maşına baxış keçirib və hazırda onun sahibini axtarırlar.