BAKI, 28 iyun — Sputnik. Rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, prezident Donald Tramp tərəfindən "Şimal axını-2"nın inşasının dayandırılması təhlükəsi baş verərsə, Almaniya ABŞ-a qarşı cavab verməyə hazır olacaq.
Almaniya kansleri Angela Merkel Avropa İttifaqına birgə addım atmaq üçün təzyiq göstərə bilər.
Qeyd edək ki, bu yaxınlarda amerikalı konqresmenlər yenidən "Şimal axını-2" qaz boru kəmərinə qarşı iqtisadi məhdudiyyətlərlə bağlı geniş fəaliyyətə başlayıblar.