BAKI, 26 iyun – Sputnik. Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də (Bakı vaxtı ilə 11:21) qeydə alınıb.
Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilmir.