BAKI, 25 iyun — Sputnik. "Biz pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq. Konkret sahələrdə texniki yardım göstərmişik".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: "Azərbaycanda bu məsələ ilə bağlı məsul olan qurumların əməkdaşlarına, jurnalistlərə təlimlər təşkil etmişik. Müxtəlif kampaniyalar çərçivəsində dəstəyimizi göstərmişik. Nəzərə almaq lazımdır ki, pandemiya insanların həm sosial, həmçinin iqtisadi həyatına ciddi təsir edir. Virus sərhədləri aşır, zəif-güclü, gənc-yaşlı tanımır".