CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbabətdə inqilab sayıla bilər – Dəhşətli xəstəliyin dərmanı əlimizin altında imiş

Alimlər müəyyən ediblər ki, soya Altsheymer xəstəliyinin müalicəsində effektiv rol oynayır. Soyadakı amin turşuları müalicədə kömək edir
Sputnik

BAKI, 24 iyun — Sputnik. Yaponiya alimləri Altsheymer xəstəliyi zamanı yaddaşın qorunma üsulunu aşkar ediblər.

Xərçəng xəstələri koronavirusdan necə qorunmalıdırlar?

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalarla soyadakı zülal parçalarının xəstələrin sağlamlığına yaxşı təsir göstərdiyi müəyyən edilib. Kyusyu universitetinin əməkdaşları tərəfindən müəyyən edilən molekulun tərkibində tirozin və prolin adlı amin turşuları var. O, soya vasitəsilə mədəyə düşür və dəyişikliyı məruz qalmadan beyinə daxil olur.

Alimlər laboratoriya siçanları üzərində dəfələrlə təcrübə keçiriblər. Siçanlara yaddaşın funksiyasını dayandıran maddə yeridilib. Daha sonra bir qrupa zülal parçası verilib. Və müəyyən edilib ki, gəmiricilər bundan sonra labirintdə yolu yaxşı xatırlayır. Lazım olan molekulu qəbul edə bilməyən siçanlar isə bu tapşırığı çətinliklə həyata keçirə bilib.