İDMAN

Bir nömrəlilər də acizdir – Novak Cokoviç koronavirusa yoluxub

“Adria Tour” turnirində iştirak edən bir sıra tennisçi virusa yoluxsa da, serbiyalı ulduz öncə özünü yaxşı hiss etdiyini bildirərək, testdən keçməkdən imtina edirdi.
Sputnik

BAKI, 23 iyun – Sputnik. Dünyanın bir nömrəli tennisçisi olan serbiyalı Novak Cokoviç koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, idmançının verdiyi test nəticəsi müsbət çıxıb. N.Cokoviç testin nəticəsini “Adria Tour” turnirindən sonra öyrənib.

Bu turnirdə iştirak edən bir sıra tennisçi virusa yoluxsa da, serbiyalı ulduz öncə özünü yaxşı hiss etdiyini bildirərək, testdən keçməkdən imtina edirdi.

Tennisçinin səhhəti barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, hazırda N.Cokoviç dünya reytinqinə başçılıq edir.