İDMAN

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı

Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"da çıxış edirdilər.
Sputnik

BAKI, 22 iyun — Sputnik. "Qarabağ" üç futbolçusu - qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yolları ayırdığını rəsmən açıqlayıb. Sputnik Azərbaycan klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçuların başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"da çıxış edirdi.lər Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə də vidalaşıb.