Avropanın ən ucqar nöqtəsində güclü zəlzələ baş verib

Yeraltı təkanların episentri İslandiyanın paytaxtı Reykyavik şəhərindən 86 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Sputnik

BAKI, 21 iyun – Sputnik. İslandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ iyunun 20-də Bakı vaxtı ilə saat 23:26-da (UTC ilə 19:26) qeydə alınıb. Yeraltı təkanların episentri Reykyavik şəhərindən 86 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Təkanlar paytaxtda da hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.