Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər ƏyyubovSputnik Azərbaycan-a deyir ki, kütləvi toplaşma halları ümumi problemdir:
“Toplaşma qaydalarını idarə etmək olar. Zatən məscidlərə, dini mərasimlərə nəzarət mexanizmləri tətbiq edilir. Yas mərasimlərini də müəyyən şərtlər çərçivəsində idarə etmək mümkündür. Pandemiya uzun müddət davam edə bilər. Ona görə də dini tədbirlərdə toplaşma qaydalarının mexanizmləri haqqında məsul şəxslər daha yaxşı düşünə bilərlər”.
Mircəfər Əyyubovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz