CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin deputatı koronavirusa yoluxub

"Dünən özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim" - Sahib Alıyev
Sputnik

BAKI, 20 iyun — Sputnik.  “Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat koronavirusa yoluxduğunu bildirib: “Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Dünən özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.

Qeyd edək ki, bir qədər öncə S.Alıyev koronavirusa yoluxması haqda sosial şəbəkədə yayılan xəbərləri təkzib etmişdi.