TƏHLİL

Suriya xronikası: Rusiya patruluna hücum və ABŞ-ın yeni qanunu

Amerikalıların bu cür fəaliyyətini Dəməşq istila adlandırır, onların səbəbini isə Vaşinqtonun SƏR-in neft yataqlarına nəzarət etmək arzusu ilə izah edir
Sputnik

BAKI, 20 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya, terrorçu qruplaşmaların qalıqlarının sərt müqavimətinə və qərb ölkələrinin zidd hərəkətlərinə rəğmən, Suriyada durumun sülh yolu ilə nizamlanmasına ardıcıl olaraq dəstək verir. Rusiya hərbi patrulları gücləndirilir, hərbi əməliyyatların dayandırılması zonaları genişləndirilir və daha çox Suriya vətəndaşı öz vətəninə, normal həyatına qayıdır.

Suriya Ərəb Respublikasının ərazisində vəziyyət gərgin olaraq qalır. Müntəzəm surətdə müxtəlif qruplaşmaların, o cümlədən İŞİD-in (Rusiyada qadağan olunmuş terror təşkilatı - red.) döyüşçüləri aktivlük nümayiş etdirirlər. RF Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD 2019-cu ildən bəri SƏR-də ərazilərə nəzarət etmir, ancaq ölkədə digər terror qruplarının təsir dairələri hələ də qalmaqdadır.

Rusiya hərbi birləşmələri əsasən İdlib deeskalasiya zonasında cəmləşib, orada M-4 trasının  rus-türk hərbçiləri ilə birgə patruluna dair razılaşma uğurla icra olunur (razılaşma 2020-ci il matrın 5-də Rusiya və Türkiyə prezidentləri arasında əldə edilib). Rusiya və Türkiyə tərəflərinin razılığı ilə martın 6-dan hərbi əməliyyatın dayandırılması rejimi qüvvədədir. Hələ tam əzilməmş terrorçu dəstələri sülh nizamlanması prosesini pozmağa cəhd etsələr də, aşkar mübarizəyə artıq gücləri qalmayıb.

Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?

Rusiya və Türkiyə hərbçilərinin iyunun 16-da birgə patrulu zamanı Eriha və Urum-əl-Cauza yaşayış məntəqələri arasında silahlılar terror aktı törətməyə cəhd göstəriblər. M-4 trasında əldəqayırma partlayıcı qurğunun işə düşməsi zamanı Rusiya zirehli maşını yüngül zədələnib. Birgə patrulun şəxsi heyətindən isə kimsə xəsarət almayıb.

Suriyanın şimalında, Kobani şəhəri ətrafında iyunun 9-da oxşar hadisə olmuşdu: Rusiya hərbi polisinin yolunun üstündə əldəqayırma mina partlamış, heç kim yaralanmamışdı. İdlib deeskalasiya zonasında mayın sonunda isə M-4 trası ilə hərəkət edən Türkiyə hərbi patrulu minaya düşmüş, bir hərbçi həlak olmuşdu. 

Suriyanın şimalında Rusiyanın БТР-82А (iyunun 16-da) və «Тигр» (iyunun 9-da) zirehli maşınlarının altında mina partlamasından sonra güclü xəsarət alanların olmaması faktları Rusiya Müdafiə Nazirliyinin hərbi patrulun işinin və ümumilikdə hərbçilərin xidməti, həyatı və sağlamlığının qorunmasının təşkilinə yanaşmasının effektivliyini nümayiş etdirir. Hərbi qurum istifadə olunan zirehli texnika parkını həm genişləndirir, həm də gücləndirir – artıq SƏR-də radiomaneələr qura bilən avadanlıqla təchiz olunmuş yeni “Тайфун” zirehli avtomobilləri peyda olub.

Rusiya hərbi patrulunun fəallığı tək İdlib vilayəti ilə kifayətlənmir, Ми-8АМТШ və Ми-35 vertolyotlarının dəstəyi ilə onlar əvvəllər SƏR-in hökumət qüvvələrinin nəzarət edə bilmədiyi bölgələrdə də sülhü möhkəmlədirlər. Suriya Ərəb Respublikasının dövlət sərhədinə yaxın, Fəratın digər sahilindəki uzaq rayonlardakı 300 km-dən uzun olan marşrut da artıq mənimsənilib.

Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar müddətində (2015-ci il sentyabrın 30-dan bəri) 300-dən çox yeni Rusiya silah nümunəsi sınaqdan keçirilib. Onların köməyilə 87 mindən çox döyüşçü (o cümlədən MDB ölkələrindən olan 5 min terrorçu) məhv edilib. Üstəlik bu, Rusiya Müdafiə Nazirliyinin Suriya torpağında konstruktiv mövcudluğunun bütün nəticələri demək deyil.

Qərbin fəallığı

İyunun 10-da Pentaqon bəyan elədi ki, ABŞ əbədi olaraq Suriyada qalmağı planlaşdırmır. Ölkə Prezidenti Donald Tramp hələ üç il öncə Suriya və İraqda İŞİD-ə qalib gəldiklərini bildirmişdi. Ancaq ordunun “yığışdırılması” nədənsə gözə dəymir, onların Ərəb Respublikasında qeyri-legitim (BMT-nin sanksiyası və ya Dəməşqin dəvəti olmadan) mövcudluğu bu günədək davam edir.

Türkiyə qaçqınların Suriyaya qayıtmasına yardım edəcək

Amerikalı “partnyor”lar hərbi texnika ilə təchiz olunmuş 45 yük maşını, yeddi zirehli maşın və yanacaq sisternlərindən ibarət karvanı iyunun 16-da İraqdan Suriyanın şimal-şərqinə göndəriblər. Karvan Suriyanın Haseke vilayətinə qeyri-qanuni fəaliyyət göstərən əl-Valid komanda-buraxılış sərhəd məntəqəsindən girib və neft əyalətində yerləşən Amerikanın qeyri-qanuni hərbi bazalarına yönəlib.

Amerikalıların bu cür fəaliyyətini Dəməşq istila adlandırır, onların səbəbini isə Vaşinqtonun SƏR-in neft yataqlarına nəzarət etmək arzusu ilə izah edir.

Vaşinqtonun Suriyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar isə, elə ilk növbədə, Ərəb Respublikasının dinc əhalisinə zərər verir. Amerika Birləşmiş Ştatlarında iyunun 17-də qüvvəyə minən “Suriyanın mülki əhalisinin qorunması haqda” qanunu Rusiya XİN-də belə dəyərləndirdilər: “TŞ-dən (BMT Təhlükəsizlik Şurası – red.) yan keçərək qəbul edilmiş birtərəfli məhdudlşdırmalar Suriyaya dərmanların, ... kompüterlərin və yüksək texnologiya cihazlarının (rentgen skanerləri, süni nəfəs aparatları, dializ və şüa terapiyası maşınları), eləcə də gübrələrin, sutəmizləmə sistemlərinin, tikinti avadanlığının, elektrik generatorlarının idxalına maneə törədir”.