CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd rayona yeni prokuror təyin olundu - Üçü Bakıdadır

Baş prokuror Kamran Əliyev müvafiq əmri ilə Bakının Suraxanı  Nərimanov, Nəsimi  rayonlarına və  Quba rayon una yeni prokurorlar təyin olunub.
Sputnik

 

BAKI, 19 iyun – Sputnik. Bakının daha üç rayonuna yeni prokuror təyin olunub.

Kamran Əliyev: Yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.

Bakının Nəsimi rayonuna da yeni prokuror təyin edilib. Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.