BAKI, 18 iyun — Sputnik. Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən tibb müəssisələrinin adları açıqlanıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat katibi Rəvanə ƏliyevaSputnik Azərbaycan-a bildirib ki, həmin xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı digər tibb müəssisələrinə köçürülüb müalicələrini davam etdirə biləcəklər:
- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
- 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;
- Kliniki Tibbi Mərkəz;
- Azərsu Tikinti Xəstəxanası;
- Göyçay Rayon Mərkəzi Xəstəxanası;
- Salyan Rayon Mərkəzi Xəstəxanası;
- Xızı Rayon Mərkəzi Xəstəxanası;
- Qusar Rayon Mərkəzi Xəstəxanası;
- Ucar Rayon Mərkəzi Xəstəxanası;
- Saatlı Rayon Mərkəzi Xəstəxanası;
- Zərdab Rayon Mərkəzi Xəstəxanası;
- Gəncə Dəmiryol Xəstəxanası.