AVRO-2020-nin pley-off oyunları bu ilin payızında keçiriləcək

Futbol üzrə Avropa çempionatının final mərhələsinin son dörd iştirakçısı 2020-ci ilin payızında müəyyənləşəcək.
Sputnik

BAKI, 18 iyun — Sputnik. AVRO-2020-nin pley-off matçları oktyabrın 8-nə və noyabrın 12-nə təyin edilib. Bu barədə UEFA-nın rəsmi saytında bildirilir.

Matçlar martın sonunda baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. Bu oyunlar AVRO-2020-nin son dörd iştirakçısını müəyyənləşdirəcək.

Yeni tarixləri UEFA İcraiyyə Komitəsi iyunun 17-də keçirilmiş iclasında təsdiq edib.

Pley-off oyunlarının yarımfinalları (8 oktyabr)

"A" yolu: İslandiya - Rumıniya, Bolqarıstan - Macarıstan

"B" yolu: Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya - İrlandiya

"C" yolu: Şotlandiya - İsrail, Norveç - Serbiya

"D" yolu: Gürcüstan - Belarus, Şimali Makedoniya - Kosovo

Pley-off oyunlarının finalları (12 noyabr)

"A" yolu: Bolqarıstan/Macarıstan - İslandiya/Rumıniya

"B" yolu: Bosniya və Herseqovina/Şimali İrlandiya - Slovakiya/ İrlandiya

"C" yolu: Norveç/Serbiya - Şotlandiya/İsrail

"D" yolu: Gürcüstan/Belarus - Şimali Makedoniya/Kosovo